Hazırda Xocalı faciəsinin Bolqarıstan cəmiyyətinə çatdırılması istiqamətində fəal təbliğat aparılır.
Bu sözləri Gün.Az-a Sofiyadan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başladığı “Xocalıya ədalət” kampaniyasının Bolqarıstandan olan milli koordinatoru Ahmed Başev bildirib.
“Bu gün Xocalı faciəsi ilə bağlı aparılan təbliğat Bolqarıstanın öz müsbət nəticəsini verməkdədir. Bu kampaniya çərçivəsində Xocalı faciəsinin baş vermə səbəbləri haqqında konfranslar keçirilir, yerli media və televiziyalarda müxtəlif məqalələrlə çıxış edərək bolqar ictimaiyyətinə geniş bilgilər verilir.
Onu da qeyd edək ki, Bolqarıstanda erməni diasporunun güclü təzyiqlərinə baxmayaraq, fəaliyyətimizi sistemli şəkildə davam etdiririk”, - deyə A.Başev bildirib.
A.Başev onu da əlavə edib ki, bu gün Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər mövcuddur.
“Bolqarlar Azərbaycan xalqını tanımaq istəyir. Nəzərə almaq lazımdır ki, hazırda Bolqarıstan-Ermənistan arasında ticarət əlaqələri zəifdir. Bu isə bizim maraqlarımıza cavab verir. Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafı Xocalı faciəsinin daha da geniş şəkildə tanınmasına kömək edə bilər. Çünki hər iki ölkənin inkişaf potensialı buna imkan verir”, - deyə A.Başev qeyd edib.
Elnur Eltürk
Gün.Az